822
Cəmiyyət 21 İyul 2021, 20:44

İstanbulda qan su yerinə axır…

İstanbulda Qurban bayramı günlərində bir çox sakinlərin öz qurbanlarını icazə verilməyən yerlərdə kəsib heyvanın qanını su hövzələrinə axıtdığını əks etdirən görüntülər yayılıb. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, İstanbulun tarixi Boğaköy məhəlləsində şəhərin müxtəlif yerlərindən gələnlər bu gün səhər saatlarında öz qurbanlarını meşəlik ərazidə kəsiblər. Kəsilən heyvanların qanı məhəllə sakinlərinin su ehtiyaclarını aradan qaldırmaq üçün istifadə etdiyi bulağın suyuna qarışıb və nəticədə kranı açan sakinlər su əvəzinə heyvan qanı axdığını görüblər. Sakinlər buna etiraz edirlər və deyirlər ki, icazəsiz qurban kəsimi Boğazköy meşələrində antisanitariya yaradır və su mənbələrini çirkləndirir.

İstanbulun Sazlıdərə su bəndinə də icazəsi qurban kəsimləri nəticəsində su əvəzinə qan axıb. Bu görüntüləri çəkən sakinlərdən biri onu social şəbəkədə yerləşdirib. Görüntülərə əsasən dərədən heyvan qanı qarışmış qırmızı rəngli su içməli su mənbəyi olan su bəndinə axır.

Virtualaz.org

Xəbərlər