115
Cəmiyyət 21 İyul 2021, 12:03

Şabranda ata oğlunu bıçaqla yaralayıb

Şabran rayonununun  Qaraqaşlı kəndində ailədaxili münaqişə baş verib, ata oğlunu yaralayıb. Belə ki, həmin kəndin sakini, 1991-ci il təvəllüdlü Mahir Elçin oğlu Şərifov sol qolunun kəsilməsi şikayəti ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. O bildirib ki, ailədaxili münaqişə zamanı atasının atdığı bıçaq onun əlini kəsib. Ona xəstəxanada sol said sümüyü iç tərəfinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub, yarası sarındıqdan sonra ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər