320
Cəmiyyət 21 İyul 2021, 12:31

20 nəfər yaralandı, qurbanlıq dana qaçdı...

Türkiyədə dünən Qurban bayramı münasibətilə qurbanlıq heyvanların kəsimi bir çox bölgələrdə yaralanmalara səbəb olub. Virtualaz.org xəbər verir ki, Qars bölgəsində qurbanlıq heyvan kəsərkən yaralanan azı 20 nəfər xəstəxanalara müraciət edib. Onların hamısı naşı qəssablardır.

Qarsın Selim rayonuna bağlı Bayburt kəndində qurbanlıq heyvanı kəsərkən heyvanın başla zərbə endirdiyi qadın əvvəlcə yerli xəstəxanaya yerləşdirilib, daha sonra vəziyyəti ağırlaşdığından vilayət xəstəxanasına aparılıb.

Qarsın mərkəzi Halitpaşa məhəlləsində isə qurbanlıq heyvan yük maşınından düşürülərkən qaçıb. Heyvanı kəsmək üçün bazardan alıb gətirən ailə dananı tutmaq üçün səfərbər olub. Lakin dana da asanlıqla yaxanı ələ verməyib, təxminən 1 saatlıq mübarizədən sonra dananı tutmaq mümkün olub.

Virtualaz.org

Xəbərlər