224
Cəmiyyət 19 İyun 2021, 10:11

Kürdəmirdə ağır qəza

Kürdəmirdə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.

Mingəçevir şəhər sakini, 36 yaşlı Mirzəyev Vasif Valeh oğlu “Opel” markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən qəfil idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq, beton lövhəyə çırpılıb. Hadisə zamanı 3 nəfər – sürücü, sərnişinlər: Mingəçevir şəhər sakini, 61 yaşlı İsmayılova İradə Məmməd qızı və Şəki rayon sakini, 42 yaşlı Məmmədov Kamran İmran oğlu ağır xəsarətlər alıblar. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbərlər