267
Cəmiyyət 14 İyun 2021, 19:56

COVID-19-a qarşı daha 322 vaksin vuruldu

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 322 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan virtualaz.org-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 247, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 75 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 775 641, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 811 104, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 964 537 nəfər təşkil edir.

Xəbərlər