264
Cəmiyyət 11 iyun — 21:00

Vüqar Səfərlinin işi: Jurnalistlər binasının komendantı həbs edildi

Jurnalistlər binasının komendantı Binyamin İsmayılov KİVDF-nin sabiq və həbsdə olan sədri Vüqar Səfərlinin ittiham edildiyi cinayət işi ilə bağlı saxlanılıb. Trend-in məlumatına görə, B.İsmayılov cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Baş Prokurorluğunun mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq məlumat təsdiqlənib. Bildirilib ki, Binyamin İsmayılov təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Xəbərlər