156
Cəmiyyət 11 iyun — 12:56

Bakı-London-Bakı istiqamətində xüsusi reyslər həyata keçirilir

Bu gün və iyunun 17-də Bakı-London-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçiriləcək. "Azərbaycan Hava Yolları" aviaşirkəti Bakı-London-Bakı marşrutu üzrə xüsusi reyslərinin yerinə yetirilməsinə bu gündən etibarən başlayır.

Uçuş bu gün Bakıdan Londona saat 12:30-da həyata keçirilib, təyyarə gecə 3:30-da Bakıya eniş edəcək. Növbəti reys 17 iyun tarixində həyata keçiriləcək və təyyarə 13:00-da Bakıdan qalxacaq, gecə 3:30-da Bakıya eniş edəcək.

Qeyd edək ki, iyulun 3-də Bakı-London-Bakı marşrutu istiqamətində müntəzəm reyslərin həyata keçirilməsi gözlənilir.

Xəbərlər