339
Cəmiyyət 10 İyun 2021, 22:55

Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu vəfat etdi

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

Bu barədə virtualaz.org-a Bakı və Azərbaycan Yeparxiyasının İnformasiya şöbəsindən məlumat verilib.

Aleksandr İşein 13 oktyabr 1952-ci ildə Rusiyanın Yaroslavl şəhərində doğulub, 1975-ci ildə dyakon olub. Moskva Teoloji Akademiyasının məzunudur. 1988-ci ildə arximandrit səviyyəsinə yüksəlib. 1995-ci ildə Bakirə Məryəmin Məsum Hamiləliyi şərəfinə kilsədə fəaliyyətə başlayıb. 1998-ci ildə Bakı yeparxiyasının yepiskopluğu statusu təyin olunub və 1999-cu ildə o, bu dərəcəyə yüksəldilib.

2012-ci ildən bəri dərəcəsi arxiyepiskopdur.

Xəbərlər