329
Cəmiyyət 10 İyun 2021, 20:42

“Son zəng”in keçirilməsinə icazə verildi

Bu il ümumtəhsil məktəblərində "Son zəng" təşkil olunacaq.

Virtualaz.org bildirir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edilib və müsbət cavab gəlib: "Yaxın günlərdə şərtlər elan ediləcək. Bu şərtlər çox sadədir, açıq havada və müəyyən say məhdudiyyətləri tətbiq olunacaq. 100-dən çox məzunu olan məktəblərdə yəqin ki, bir neçə hissədən ibarət "Son zəng" tədbirlərinin keçirilməsi planlaşdırılır. Sosial məsafəyə riayət olunması tələb ediləcək".

Xəbərlər