133
Cəmiyyət 15 may — 09:40

Qazax sakinindən narkotik götürüldü

Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik əldə edib, saxlamaqda şübhəli bilən rayon sakini Nadir Bayramov saxlanılaraq, polis şöbəsinə gətirilib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin Gəncə regional qrupundan virtualaz.org-a verilən məlumata görə, onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd sellofan torbada, narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Götürülən maddi sübut ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbərlər