151
Cəmiyyət 14 may — 23:49

Qubada narkotik becərən keçmiş məhkum ələ keçdi

Qubada narkotik tərkibli bitkilər becərən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində 2-ci Nügədi kənd sakini, əvvəllər məhkum olunmuş S.Novruzova məxsus həyətyanı sahəyə baxış keçirilib.

Əməliyyat zamanı oradan 3 dibçəkdə kultivasiya yolu ilə yetişdirilmiş 9 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Xəbərlər