131
Cəmiyyət 12 may — 16:43

Dəmir yolu elementlərini oğurlamaq istəyi baş tutmadı

Əhmədli yük stansiyasının ərazisindən oğurluq etmək istəyənlər saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 11-də Əhmədli yük stansiyasının ərazisindən 14 ədəd şpal altı, 112 ədəd birləşdirici sırğa, 18 ədəd rels boltlarını və altı ədəd rels bərkidicisini oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakinləri N.Mustafalı və Ə.Rüstəmov saxlanılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir. 

Xəbərlər