144
Cəmiyyət 12 may — 12:02

Karantin qaydalarını pozan çayxana aşkarlandı

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən çayxananın fəaliyyəti dərhal dayandırılıb, çayxananın icarədarı A.Zeynalov və orada olan 8 müştəri barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər gorulub.

Xəbərlər