223
Cəmiyyət 12 may — 00:36

Ağcabədidə qəza

Ağcabədidə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, hadisə Ağcabədi rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində sərnişin - 2007-ci il təvəllüdlü Əmirzadə Aysel Əbülhəsən qızı müxtəlif xəsarətlər alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə əvvəlcə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin sonra Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona sağ almacıq sümüyünün sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər