214
Cəmiyyət 4 may — 23:13

27 yaşlı gənc göldə boğulub öldü

Fövqəladə Hallar Nazirliyinin (FHN ) "112" qaynar telefon xəttinə İsmayıllı rayonunun Topçu kəndi ərazisində, süni göldə 1994-cü il təvəllüdlü Zərbalıyev Hacı Hamlet oğlunun batması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən H.Zərbalıyevin meyiti tapılaraq göldən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Xəbərlər