182
Cəmiyyət 19 aprel — 19:00

Sumqayıtda yataqxanada partlayış: xəsarət alan var

Sumqayıt şəhərində güclü partlayış olub.

APA-nın məlumatına görə, hadisə şəhərin 22-ci məhəlləsində yerləşən 2 saylı yataqxanada qeydə alınıb. Mənzillərdən birinin hamam otağında baş verən hadisə zamanı 17 yaşlı Emral Xasiyev ağır yanıq xəsarətləri alıb.

O, qonşuların köməkliyi ilə əvvəlcə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, onun vəziyyəti ağır olduğundan dərhal Bakı şəhər 5 saylı Yanıq Mərkəzinə göndərilib.

FHN-in əməkdaşları hadisə yerinə baxış keçiriblər. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, 22-ci məhəllə ərazisində yerləşən 2 saylı yataqxana 60 il əvvəl tikilib.

Hazırda həmin qəzalı vəziyyətdə olan yataqxanada 210 sakin yaşayır.

Xəbərlər