142
Cəmiyyət 9 aprel — 00:15

Türkiyədə antirekord: gündəlik yoluxma sayı 55 mini ötdü

Türkiyədə son sutka ərzində 258 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, son 24 saatda 55 min 941 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 3 milyon 689 min 866, pandemiya qurbanlarının sayı isə 33 min 201 nəfərə çatıb.

Türkiyədə indiyədək 3 milyon 232 min 892 pasiyent (son sutkada 37 914 nəfər) sağalaraq evə buraxılıb.

Xəbərlər