94
Cəmiyyət 8 aprel — 21:30

Cəlilabadda yük və minik avtomobilləri toqquşdu

Cəlilabad rayonunda yol qəzası baş verib. Hadisə Cəlilabad şəhərinin Ş.İ.Xətai və ilə A.Azərtürk küçəsinin kəsişməsində baş verib. Belə ki, hərəkətdə olan "Hunday Sonata" markalı minik avtomobili ilə yük avtomobili toqquşub.

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər