288
Cəmiyyət 7 aprel — 22:15

Azərbaycan vətəndaşı Almaniyadan ekstradisiya edildi

Xarici dövlətlərdə qeyri-qanuni fəaliyyətlə məşğul olaraq, müxtəlif şəxslər üçün qanunsuz yollarla siyasi sığınacaq əldə etmək məqsədilə həmin ölkələrin dövlət qurumlarını aldatmaqla rəsmi sənədlərin saxtalaşdırılması kimi cinayət əməllərində təqsirləndirilən Azərbaycan vətəndaşının bu gün Almaniyadan ekstradisiyası təmin edilib və o, ölkəmizə gətirilib.

Bu barədə virtualaz.org-a Ədliyyə Nazirliyindən məlumat verilib.

O da bildirilib ki, ötən il beynəlxalq axtarışda olan adam oğurluğu, dələduzluq və rəsmi sənədlərin saxtalaşdırılması kimi cinayət əməllərində təqsirləndirilən şəxslərin Almaniya, Bosniya və Herseqovina, Türkiyə, Əlcəzair və s. dövlətlərdən ölkəmizə ekstradisiyasına nail olunub.

Ümumilikdə ötən beş il ərzində 200 nəfərdən çox cinayətkar şəxsin Azərbaycana ekstradisiyası təmin edilib.

Xəbərlər