80
Cəmiyyət 3 mart — 22:22

Gəncədə beşotaqlı evdə yanğın

Gəncə şəhərinin Nizami rayonunda yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, ümumi sahəsi 100 m² olan birmərtəbəli beşotaqlı evin üç otağının yanar konstruksiyaları və dam örtüyü 71 m² sahədə, digər otağının tavanı 16 m² sahədə yanıb. 

Evin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub.  Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbərlər