109
Cəmiyyət 3 mart — 19:54

Mingəçevirdə üç minik avtomobili toqquşdu

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Mingəçevir şəhərində “Mercedes”, “Mitsubishi” və “ВАЗ” markalı üç minik avtomobili toqquşub.

FHN-dən bildirilib ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan "Mercedes" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbərlər