153
Cəmiyyət 25 fevral — 21:12

AZAL Bakıdan Kiyevə xüsusi reyslərin icrasına başlayır

AZAL martın 8-dən Bakı-Kiyev-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçirməyə başlayacaq.

Bu barədə Azərbaycan Hava Yolları" QSC-dən məlumat verilib. Bildirilib ki, "Azərbaycan Hava Yolları" qeyd olunan marşrut üzrə həftədə iki dəfə - bazar ertəsi və cümə axşamı günləri müntəzəm reyslər icra edəcək. Uçuşlar "Borispol" hava limanına həyata keçiriləcək.

Sərnişinlər www.azal.az saytı vasitəsilə aviabiletləri əldə edə bilər, habelə mövcud cədvəllə tanış ola bilərlər.

Bakı-Kiyev istiqaməti üzrə reysin sərnişinləri Ukrayna ərazisinə giriş hüququna malik olmalı, koronavirus infeksiyasının olmaması barədə arayış almalıdırlar. Kiyev-Bakı istiqaməti üzrə reysin sərnişinləri Azərbaycan ərazisinə giriş hüququnu yoxlamalı, koronavirus infeksiyasının olmaması barədə arayış almalıdırlar. Testin nəticəsində QR-kod da göstərilməlidir, həmin kod qeydiyyat masalarında yoxlanılacaq.

Nazirlər Kabineti yanında Operativ Qərargahının qərarına əsasən, Bakıya aviareyslərlə gələn bütün sərnişinlər iki həftə ərzində özünütəcrid şəraitində qalmalıdırlar. Hər iki istiqamət üzrə reyslərin sərnişinləri testin nəticəsi uçuşdan əvvəl 48 saat ərzində etibarlı olub olmasından əmin olmalıdırlar.

Xəbərlər