325
Cəmiyyət 24 fevral — 01:30

Şəmkirdə kişi arvadını küt alətlə döydü, dostunu isə bıçaqladı

Şəmkir rayonunda kişi qısqanclıq zəminində arvadını döyüb, dostunu isə bıçaqlayıb. Rayon sakini, 1993-cü il təvəllüdlü Siyavuş Pənahov arvadı, 1995-ci il təvəllüdlü Gülşən Pənahovanı döyüb və ona küt alətlə xəsarət yetirib. 

S. Pənahov daha sonra isə dostu, 1996-cı il təvəllüdlü Misafi Cəfərova çoxsaylı bıçaq xəsarətləri yetirib.  M. Cəfərov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər