Ağdamın Əhmədağalı kəndində kəhrizdə insan skeleti aşkarlanıb. Trend-in Qarabağ bürosunun məlumatına görə, ərazidə iş aparan işçilər bildiriblər ki, skeleti kəhrizin bərpası zamanı aşkarlayıblar:
"Kəhrizin bərpası zamanı ərazidə eskalatorla iş apardığımız zaman təsadüfən insan skeletinin qalıqlarına rast gəldik. Onu ərazidən çıxardıq".