102
Cəmiyyət 23 Fevral 2021, 08:50

Yevlaxda yanğın: xəsarət alan var

Yevlaxda xəsarətlə nəticələnən yanğın hadisəsi baş verib.

Virtualaz.org-un Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, hadisə Bəydili kəndində qeydə alınıb.

Kənddə ümumi sahəsi 40 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbərlər