Tərtərdə mülki şəxs minaya düşüb.
Virtualaz.org-un məlumatına görə, hadisə rayonun Borsunlu kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1976-cı il təvəllüdlü Verdiyev Niyaməddin Hikmət oğlu mal-qara otararkən minaya düşüb. Nəticədə ağır yaralanan N. Verdiyev xəstəxanaya yerləşdirilib və onun sağ ayağının aşağı hissəsi amputasiya olunub.
Faktla bağlı rayonun hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.