2081
Cəmiyyət 19 Fevral 2021, 20:10

Piyadanı küçənin ortasında bir neçə yumruq zərbəsi ilə öldürdü...

Bu gün fevralın 19-da Ukraynanın paytaxtı Kiyevdə “Hyundai Sonata” avtomobilinin sürücüsü küçənin ortasında yolu keçən piyadanı bir neçə yumruq zərbəsi ilə öldürüb. Virtualaz.org Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, videomüşahidə kameralarının qeydə aldığı görüntülərə əsasən sürücü yolu keçən piyadaya bir neçə yumruq zərbəsi endirib və o, təcili yardım briqadası hadisə yerinə gələnə qədər keçinib.

Sürücü əvvəlcə hadisə yerindən qaçıb, hüquq-mühafizə orqanları onun yaxalanması üçün əməliyyat başladıb. Tezliklə cinayəti törədib qaçan sürücü Bratislavski-Stalski küçələrinin kəsişməsində aşkarlanıb və o, yaxalanıb. Məlum olub ki, həmin şəxs 1992-ci ildə anadan olmuş Azərbaycan vətəndaşıdır.

“İlkin məlumatlara əsasən sürücü piyada ilə münaqişə zamanı maşından düşüb və bir neçə dəfə onu vurub. Aldığı zədələrdən piyada yerində keçinib. Sürücü hadisə yerindən qaçıb gizlənib və həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində patrul polisi tərəfindən yaxalanıb”,-Kiyev polisindən bildiriblər.

Ölən şəxs Kiyev sakinidir, 1969-cu ildə anadan olub. İnternetdə yayılmış görüntülərə əsasən o, yolu sərxoş halda, əlində içki şüşəsi ilə keçir. Faktla bağlı cinayət işi qaldırılıb və azərbaycanlı sürücünün barəsində qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə vəsadət hazırlanır.

Virtualaz.org

Xəbərlər