115
Cəmiyyət 19 yanvar — 12:48

Vətən müharibəsindən qayıdan 2 240 şəxsin müraciətinə baxılıb

Müdafiə nazirinin müvafiq əmri ilə yaradılmış Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyanın fəaliyyəti davam edir.

Bu barədə virtualaz.org-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bakı şəhərində fəaliyyət göstərən komissiyaya yanvarın 11-dən 18-dək 2240 vətəndaş müraciət edib, onların müraciətlərinin həll olunması üzrə müvafiq tədbirlər görülüb.

Komissiyanın Gəncə şəhəri, Füzuli rayonu və Pirəkəşkül qəsəbəsində fəaliyyət göstərən səyyar qrupları tərəfindən isə bu günədək 507 vətəndaşın müraciətinə baxılıb, onların həll olunması üzrə müvafiq tədbirlər görülüb.

Qeyd edək ki, bu günədək komissiya və onun bütün səyyar qrupları tərəfindən vətəndaşların ümumilikdə 570 müraciəti yerində həll olunub.

Xəbərlər