422
Cəmiyyət 16 yanvar — 14:37

Şəhid Ələm Hüseynovun Saatlıda dəfn edildi

İtkin düşən şəhid döyüşçü bu gün Saatlı rayonunda torpağa tapşırılıb.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, rayonunun Azadkənd kənd sakini Ələm Sərvər oğlu Hüseynov yaşdıqları kəndin məzarlığında dəfn olunub.

Oktyabr ayının əvvəllərində Qubadlı rayonu ərazisində döyüşdə itkin düşmüş 25 yaşlı Ə.Hüseynov Səfərbərlik Xidmətinin çağrışı ilə könüllü Vətən müharibəsinə yollanmışdı.

Dəfndə rayon ictimaiyyətinin nümayəndələri ilə yanaşı Saatlı RİH-in, hüquq-mühafizə orqanlarının və dini qurumların nümyəndələri də iştirak ediblər.

Şəhidin tabutuna bükülmüş üçrəngli bayraq onun atasına təqdim edilib.

***10:00

Daha bir itkin düşən döyüşçünün şəhid xəbəri gəlib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, ötən ilin oktyabr ayının əvvəllərində Qubadlı uğrunda döyüşlərdə itkin düşən 25 yaşlı Saatlı rayonunun Azadkənd kənd sakini Ələm Sərvər oğlu Hüseynovun evlərinə şəhid xəbəri gəlib.

Şəhid bu gün Azadkənd kənd qəbristanlığında torpağa tapşırılacaq.

Ələm Hüseynovun nişanlı olduğu deyilir.

Virtualaz.org

Xəbərlər