Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 250 m² olan plastikdən ibarət tikilinin (fəhlələrin geyinib-soyunması üçün istifadə olunur) yanar konstruksiyaları 200 m² sahədə və içərisində 3 ədəd elektrik su qızdırıcısı qismən yanıb.
FHN xəbər verir ki, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Həmçinin, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 80 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.