282
Cəmiyyət 15 yanvar — 22:33

Belçikada itkin düşən azərbaycanlı müəllimin meyiti tapıldı

Bir müddət əvvəl Belçikada itkin düşən və polis tərəfindən axtarılan Azərbaycan vətəndaşının meyiti tapılıb.

“Report” xatırladır ki, Mexelen şəhərində yaşayan Vüqar Rza adlı Azərbaycan vətəndaşı ilə bağlı bir həftə öncə yerli polis tərəfindən axtarış elan olunub.

Nəhayət, bu gün səhər saatlarında V. Rzanın meyiti tapılıb.

Mexelen Şəhər Polis İdarəsindən verilən məlumata görə, Azərbaycan vətəndaşı ilə bağlı yerli Cinayət Məcəlləsinin ölüm həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb. Faktla bağlı istintaq davam edir.

Məlumat üçün qeyd edək ki, əslən Azərbaycanın Kəlbəcər rayonundan olan V.Rza Şəkidə müəllim işləyirmiş. O, Belçikaya bir neçə il əvvəl gedibmiş.

Xəbərlər