104
Cəmiyyət 14 yanvar — 16:01

Samsunlu balacalar əsgərlərimizə məktub yazdılar

Türkiyənin Samsun şəhərindəki Kocatepe ibtidai məktəbinin 2-ci sinif şagirdləri Qarabağda xidmət edən azərbaycanlı əsgərlərə məktub yazıblar.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, məktəblilər işğaldan azad edilmiş ərazilərdə xidmət edən  əsgərlərimizə məktub və hədiyyələr göndəriblər.

Azərbaycan Müdafiə Nazirliyinin əməkdaşları məktub və hədiyyələri əsgərlərə təqdim ediblər. “Bir millət,  iki dövlət”, “İki ordu, tək gücük”, “Dualarımız Azərbaycan əsgərləri ilədir”, “Analarımızın toxuduğu corab və əlcəklər sizi soyuqdan qoruyacaq”, “Sizin kimi qəhrəman əsgər yetişdirən anaların əllərindən öpürük” kimi ifadələrin yer aldığı məktublar əsgərləri kövrəldib. Onlar balacaların çəkdikləri görüntüləri də izləyiblər və uşaqlara cavab məktubu yazıblar.

Ü.Xudiyeva

Virtualaz.org

Xəbərlər