97
Cəmiyyət 14 yanvar — 09:54

Binəqədi və Sumqayıtda yanğın

Sumqayıt şəhəri, Corat qəsəbəsində ümumi sahəsi 50 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.

Virtualaz.org FHN-in saytına istinadən xəbər verir ki, bitişik ev yanğından mühafizə olunub.

Həmçinin, Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 20 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbərlər