470
Cəmiyyət 13 yanvar — 21:37

Koronavirusa yoluxanlar da peyvənd olunacaq?

Koronavirusa yoluxmuş şəxslər vaksinasiya strategiyasına uyğun olaraq vaksinasiya ilə əhatə olunan ən aşağı riskli əhali qruplarına aid edilirlər.

Virtualaz.org bildirir ki, bu barədə KİV-ə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, bu şəxslərin vaksinasiyası digər riskli əhali qrupları ilə müqayisədə ən sonda aparılacaq: "Vaksinasiya prosesi könüllü olduğu üçün koronavirusa yoluxan və sağalan, müalicə müddətini evində keçirən, lakin heç bir yerdə qeydiyyata düşməyən (poliklinika və xəstəxana) şəxslər də peyvənd oluna bilər. Bu şəxslərin peyvəndləməsi vaksinasiya strategiyasına uyğun aparılacaq".

Xəbərlər