109
Cəmiyyət 27 noyabr — 16:06

İranda koronavirusa yoluxanların sayı 14 mini keçdi

İranda ötən sutka ərzində 14 051 nəfər koronavirusa (COVID-19) yoluxub.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 922 397 nəfərə yüksəlib. Virus daşıyıcılarından 5 860 nəfərin vəziyyəti ağırdır.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 406 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 47 095 nəfərə çatıb.

Xəbərlər