99
Cəmiyyət 27 noyabr — 10:01

Qaxda mağazada yanğın: xəsarət alan var

Qax rayonunda yanğın hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Qax rayonunda ümumi sahəsi 400 m² olan mağazanın zirzəmisində karton taralar 5 m² sahədə yanıb. Yanğın zamanı müxtəlif xəsarətlər alan 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Mağaza yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbərlər