297
Cəmiyyət 25 noyabr — 00:54

Yerevanda mitinqlər Paşinyan tərəfdarlarının həyətlərində keçiriləcək

Bir qrup vətəndaş "Mənim addımım" fraksiyası deputatlarının həyətlərinə toplaşaraq etiraz edir, onları Qarabağı təslim etməkdə və dövləti xəyanətdə iştirakda günahlandırır.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu dəqiqələrdə etirazçılar parlamentin müdafiə və təhlükəsizlik üzrə daimi komissiyasının sədri Andranik Köçəryanın evinin qarşısındadırlar və "Andranik, xəyanətkar!” şüarı səsləndirirlər.

Etirazçılar səsgücləndiricilər vasitəsilə hakimiyyətin son iki ildə vətəndaşları aldatdığını bildirirlər.

Virtualaz.org

Xəbərlər