158
Cəmiyyət 25 oktyabr — 13:24

Gəncədə erməni terroru nəticəsində həlak olan Rusiya vətəndaşı anıldı

Gəncədə Ermənistan silahlı qüvvələrinin raket hücumu nəticəsində dünyasını dəyişən 13 yaşlı Rusiya vətəndaşı anılıb.

"Report"un məlumatına görə, oktyabrın 17-də Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərində törədilən terror nəticəsində dünyasını dəyişən yeniyetmə Artur Mayakovun anım mərasimi keçirilib.

Gəncədəki Aleksandr Nevski Rus Pravoslav Kilsəsində keçirilən mərasimdə dualar oxunub, ermənilərin törətdiyi terror qınanılıb.

Qeyd edək ki, Rusiya vətəndaşı 13 yaşlı Artur Mayakov dünən Gəncə şəhərində dəfn edilib.

Xəbərlər