214
Cəmiyyət 18 oktyabr — 14:42

Baş ravvin Gəncədə: ermənilər yəhudiləri də atəşə tuturlar!

Azərbaycandakı aşkenazilərin baş ravvini Şneor Seqal oktyabrın 18-də Gəncədəki Yəhudi Dini İcmasının üzvləri ilə görüşüb.

Virtualaz.org bildirir ki, görüşdə Ermənistan silahlı qüvvələrinin oktyabrın 4-dən başlayaraq Gəncə şəhərinə raket zərbələri endirdiyi qeyd olunub. Oktyabrın 17-də isə Ermənistanın növbəti raket zərbəsi nəticəsində 10 nəfər, - onların arasında uşaqlar da var, - Gəncə sakini həlak olub, 50-dən çox adam yaralanıb.

Sonra erməni terroru nəticəsində həlak olmuş insanların ruhuna dualar oxunub və Azərbaycanın ərazi bütövlüyü uğrunda davam edən şiddətli döyüşlərdə şanlı Azərbaycan Ordusunun çoxdan gözlənilən qələbəni qazanacağına əminlik ifadə olunub.

Görüşdən sonra Azərbaycan aşkenazilərinin baş ravvini Şneor Seqal, Ermənistan silahlı qüvvələrinin Gəncəyə raket hücumu nəticəsində yəhudilərin və azərbaycanlıların dağılmış yaşayış yerlərinə baş çəkib.

Virtualaz.org

Xəbərlər