463
Cəmiyyət 17 oktyabr — 21:12

Xocalı soyqırımının cəlladı erməni polkovnik məhv edildi

Ermənistanın “qəhrəman” adlandırdığı polkovnik Rüstəm Qasparyan məhv edilib.

Bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.

Erməni millət vəkili Naira Zoqrabyanın açıqlamasına görə, Qarabağda gedən döyüşlərdə ağır yaralanan Rüstəm Qasparyan xilas edilə bilməyib.

Xatırladaq ki, Azərbaycan Ordusunun öz torpaqları uğrunda qətiyyətli mübarizəsi şəraitində Birinci Qarabağ Müharibəsində iştirak etmiş keçmiş erməni deputat Rüstəm Qasparyanın oğlu da məhv edilmişdi.

Polkovnik rütbəsi daşıyan Qasparyan Xocalı soyqırımında aktiv iştirak edib.

Xəbərlər