169
Cəmiyyət 30 sentyabr — 16:39

Azərbaycanda cəbhəboyu bölgələrdəki təhsil problemləri müzakirə olunur

Erməni hücumu nəticəsində Azərbaycanın 14 bölgəsində 420 məktəb öz fəaliyyətini məhdudlaşdırıb.

Virtualaz.org xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi mətbuat konfransında bildirib. Nazir deyib ki, 9 məktəbə ciddi zərər dəyib. Mülki əhalinin atəşə tutulması nəticəsində 2 şagird şəhid olub, 1 müəllim yaralanıb.

Nazir bildirib ki, indiyədək 387 şagirdin, 23 müəllimin hərarəti 37 dərəcədən çox olub. Dərsdən təcrid edilən 78 şagird və 2 işçi heyəti olub. Yoluxan şagirdlərin sayı indiyə qədər 210 nəfər olub. Məktəblərdə kütləvi şəkildə yoluxma olmayıb. Yəni yoluxan şagirdin bir neçə şagirdi yoluxdurması olmayıb. Virus hazırda məktəbdən evə yox, evdən məktəbə gedir. Bir sinifdə kütləvi yoluxma olmayıb. Müəllimlər arasında isə Qubada bir kənddə 8 müəllim yoluxub. Bu məktəb distant təhsilə keçirilib. Ümumilikdə 19 sinif, bir məktəb distant təhsilə keçib. 14 gün bitdiyi üçün gələn həftə bəzi siniflər distant təhsildən çıxacaq. Yoluxan şagirdlərlə təmasda olan şagirdlərin sayı 612, yoluxan heyət sayı 59, təmasda olan heyət sayı 76 olub.

Əmrullayev əlavə edib ki, uşaq bağçaları sentyabrın 15-dən Bakı, Sumqayıt, Abşeron istisna olmaqla fəaliyyətini bərpa edib. Oktyabrın 1-dən bu yerlərdə də bağçalar fəaliyyətini bərpa edəcək. Nazir bildirib ki, burada distant qayğı ola bilməz, tədris həftədə 2 dəfə yox, 5 gün təşkil ediləcək. Bu, qrupdakı uşaqların sayından asılı həftədə 2 və ya 3 dəfə olacaq.

Ü. Xudiyeva

Xəbərlər