155
Cəmiyyət 26 sentyabr — 23:18

Dağıstanda yaşayan Azərbaycan vətəndaşı atasını öldürməkdə şübhəli bilinir

Dağıstanda Azərbaycan vətəndaşı barəsində cinayət işi açılıb.

Virtualaz.org bildirir ki, bu barədə “Molodyoj  Daqestana” nəşri Rusiya İstintaq Komitəsinin yerli idarəsinə istinadən məlumat yayıb.

İttihama görə, sentyabrın 25-də Dağıstanın Xasavyurt şəhərində kirayədə yaşayan 59 yaşlı kişi münaqişə zəminində oğlu tərəfindən öldürülüb: “Oğul atasına çoxsaylı həyatı təhlükəli zərbələr endirdikdən sonra onu boğub”.

Şübhəli saxlanılıb, ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci (qətl) maddəsinin 1-ci hissəsinə əsasən cinayət işi açılıb.

Xəbərlər