148
Cəmiyyət 24 sentyabr — 00:00

Bərdədə bədbəxt hadisə: yolu keçmək istəyirdi, maşın vurdu

Bərdədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Əyricə kəndində baş verib.

Bekə ki, "Niva" markalı minik avtomobili yolu keçmək istəyən kənd sakini Abdullayev Əlövsət Ələsgər oğlunu vurub. Piyadanın həmin an sərxoş olduğu bildirilir.

Yaralı onu vuran avtomobilin sürücüsü tərəfindən Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər