247
Cəmiyyət 21 sentyabr — 13:00

Bakıda narkotacir saxlanıldı

Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 7-ci Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsə qarşı əməliyyat tədbiri həyata keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən virtualaz.org-a verilən məlumata görə, bölmə əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında Binəqədi rayonu 6-cı mikrorayon ərazisində keçirdikləri tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Astara rayon sakini Fərqan Əlili saxlanılıb.

Şəxsi axtarış zamanı onun əl çantasından ümumi çəkisi 1 kq olan heroin aşkar edilərək götürülüb. Araşdırma zamanı müəyyən olunub ki, saxlanılan şəxs hələlik adı istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşının tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda heroini qəbul edib və satışını təşkil etmək istəyib.

Fərqan Əlili barəsində 7-ci PB-də toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbərlər