901
Cəmiyyət 21 sentyabr — 10:04

Salyanda BMW-nin vurduğu piyada xəstəxanada dünyasını dəyişdi

Ötən gün Salyan şəhərində minik maşnının vurduğu piyada bu gün səhərə yaxın dünyasını dəyişib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, qapalı kəllə-beyin xəsarəti ilə ağır vəziyyətdə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Bayram Əliyev əməliyyat olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

**13:54(20.09.2020)

Bu gün günorta saatlarında Ələt-Astara avtomobil yolunun Salyan şəhərindən keçən 59-cu km-də xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə,  Salyan şəhər sakini, 28 yaşlı Ümid Mirzəyevin idarə etdiyi BMW markalı minik maşını piyada, 30 yaşlı şəhər sakini Bayram Əliyar oğlu Əliyevi vurduqdan sonra yolun kənarındakı beton dirəyə çırpılıb. Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada və sürücü Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Virtualaz.org

Xəbərlər