176
Cəmiyyət 20 sentyabr — 10:32

Bakıda yol qəzası

Paytaxtda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Məmmədov Elçin İmaməli oğlunun idarə etdiyi “Mitsubishi” markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirərək beton maneəyə çırpılıb, daha sonra isə zərbənin təsirindən bir neçə dəfə aşıb.

Hadisə zamanı sürücü-35 yaşlı Məmmədov Elçin İmaməli oğlu, onun həyat yoldaşı, 1985-ci il təvəllüdlü Məmmədova Vəfa Əvsər qızı, eləcə də onların övladları, 7 yaşlı Məmmədova Fatimə Elçin qızı, 9 yaşlı Məmmədova Nargilə Elçin qızı və 2 yaşlı Məmmədov Eşqin Elçin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar təcili yardım briqadasının köməkliyi ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar.

E.Məmmədovun dediyinə görə, hərəkətdə olarkən qarşısına digər avtomobil çıxıb, bu an o, idarəetməni itirərək qəza törədib.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər