275
Cəmiyyət 20 sentyabr — 01:00

Binəqədidə kürəkən qayınanasını maşınla vurdu

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Yolu keçən 1968-ci il təvəllüdlü Nəcəfova Xatun Müslüm qızını avtomobil vurub. Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sol topuğun sınığı diaqnozu qoyulub.

X.Nəcəfovanın dediyinə görə, onu kürəkəni avtomobillə vurub.

Xəbərlər