322
Cəmiyyət 17 sentyabr — 10:30

Bakı sakini küçədə qətlə yetirildi

Bakıda küçədə qətl hadisəsi baş verib.

Suraxanı rayon prokurorluğundan verilən məlumatda bildirilir ki, hadisə sentyabrın 16-da Suraxanı rayonu ərazisində baş verib. Həmin ərazidə Orxan İsayevin üzərində bıçaq xəsarətləri olan meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.
İstintaqla hadisənin zərərçəkmişin tanışı İmran Cərullayev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
İmran Cərullayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

Xəbərlər