268
Cəmiyyət 17 sentyabr — 01:37

Bakıda 18 yaşlı oğlanı “tok” vurub öldürdü

Paytaxtda bədbəxt hadisə baş verib.

"Report" bildirir ki, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb.

Belə ki, 18 yaşlı Rzayev İlyas Elsevər oğlunu həmin ərazidə yerləşən maşın sexlərinin birində elektrin cərəyanı vurub, gənc hadisə yerindəcə keçinib.

Hadisə şahidlərinin sözlərinə görə, İ.Rzayev sexə müştəri qismində gəlib, əli kompressora dəyib və bunun nəticəsində onu “tok” vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər