200
Cəmiyyət 16 sentyabr — 22:32

Bakıda 39 yaşlı kişiyə tir tüfəngi ilə xəsarət yetirdilər

Bakının Xəzər rayonunda silahlı insident olub.

"Report" bildirir ki, hadisə rayonun Buzovna qəsəbəsində qeydə alınıb.

Belə ki, Ç.Mustafayev küçəsində 1981-ci il təvəllüdlü Allahverdiyev Nəcəf Oqtay oğlu tanıdığı şəxs tərəfindən tir tüfəngi ilə vurulub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ bazu nahiyəsinin aşağı üçdə birinin dərin keçən yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər